Kredit inzibatçısı (Cəlilabad) | Banco.az
Beynəlxalq Bank

Kredit inzibatçısı (Cəlilabad)

Vakansiya haqqında məlumat: 

ABB” ASC  Cəlilabad filialına Kredit inzibatçısı vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Verilmiş kreditlərin və balansdankənar öhdəliklərin yoxlanılması;
 Arxivləşmə işinin təşkili;
 Bankdaxili strukturlar tərəfindən göndərilən sorğuların icrası;
 Kreditlərin silinmələrin icrası;
 Müştəri sənədlərinin məhkəmə prosesi üçün hazırlanması və maliyyə arayışlarının tərtibi;
 Kreditlərin təminatı qismində olan girovların yüklülüyə qoyulması və azad olunması üçün sorğuların hazırlanması

Davranış səriştələri:

 Komandada işləmək bacarığı;
 Analitik zəka, problemləri həll etmə bacarığı;
 Vaxtı idarə etmək qabiliyyəti.

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsilli;
 Bankda, filial və ya digər struktur bölmələrdə iş stajı;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;.

Bu iş sizə nələri qazandıracaq:

 Bankın fəaliyyətini dərindən öyrənmək imkanı;
 İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  31 oktyabr  2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Cəlilabad_ Kredit inzibatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç