Kredit inzibatçısı | Banco.az
Beynəlxalq Bank

Kredit inzibatçısı

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Bakı şəhərində yerləşən filiallarına kredit inzibatçısı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Kreditlərin prosedurlara uyğun verilməsinə nəzarət, avtorizasiya səlahiyyəti                                                                                                                                                                             
  • Kredit sənədlərinin tamlığına cavabdehlik                                                                                                                                                                                   
  • Girov təminatlarının sistem üzrə qeydiyyatına nəzarət və girovdan azad məktublarının hazırlanması                                                                                                                                       
  • Silinmələr prosesinin mərkəzləşdirilməsində iştirak                                                                                                                                                                                 
  • Kredit inzibatçılığı üzrə digər nəzarət işləri

 

Tələb olunan səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət;
  • Analitik təhlil;
  • Vaxtı idarə etmək qabiliyyəti; 

 

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində2il iş təcrübəsi; 
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 31 oktyabr 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adınınkredit inzibatçışəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç