Kredit İnzibatçılıq Şöbəsinin Mütəxəssis | Banco.az
Kapital Bank

Kredit İnzibatçılıq Şöbəsinin Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi departamenti Kredit İnzibatçılıq  Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

Kredit Komitəsində müsbət rəy verilmiş və rəsmiləşdirilmiş kreditlərin kredit dosyesi üzrə sənədlərinin (girov/ipoteka qismində rəsmiləşdirilmiş sənədlər) tam və düzgün tərtib edilməsinin yoxlanılması və məlumatların bank əməliyyatları sistemində düzgün yaradılmasına nəzarət etmək, komitə tərəfindən qəbul edilən şərtlərə nəzarət etmək və dosyelərin saxlanılmasını təmin etmək..

  • Müsbət rəy verilmiş və rəsmiləşdirilmiş kredit sənədlərinin yoxlanılması;
  • Kredit məlumatlarının bank əməliyyatları sistemində düzgün yaradılmasının yoxlanılması;
  • Kredit komitəsi tərəfindən kreditin rəsmiləşdirilməsi üzrə qeyd edilən şərtlərə nəzarət edilməsi;
  • Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Məsuliyyətlilik, operativlik, təzyiqə davamlılıq;
  • Komanda tərkibində və rəhbərlik altında işləmə qabiliyyəti;
  • MS Word və MS Excel proqramları ilə işləmə bacarığı;
  • Bankda kredit sahəsi üzrə iş təcrübəsi.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et