Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi

                İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

                Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə magistr təhsilin olması;
  • Bank sahəsində (kredit məhsullarının yaradılması və biznes proseslərin idarə olunmasında) minimum 2 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Visio-dan istifadə bacarığı;
  • Analitik düşüncə, novatorluq və yüksək təqdimat bacarığı;
  • Təşəbbüskarlıq və komandada işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici dil bilikləri (rus və ingilis) arzu olunandır.

İŞİN TƏSVİRİ:

  • Yeni kredit məhsullarının işlənib hazırlanmasının və tətbiqinin həyata keçirilməsi, mövcud olan biznes proseslərin təhlili və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın və texniki tapşırıqların yazılması, biznes proseslərin xəritəsinin və blok-sxeminin hazırlanması;
  • Kredit məhsulları üzrə yeni satış kanallarının  yaradılması, mövcud satış kanallarının inkişaf etdirilməsi, rəqabətqabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya ləğv olunması barədə təkliflərin verilməsi;
  • Bankın kredit məhsulları üzrə biznes proseslərın avtomatlaşdırılmasına və Bankın proqram təminatın optimallaşdırılmasına dair təkliflərin verilməsi və proseslərin avtomatlaşdırılması üzrə testlərin icra edilməsi;
  • Yeni kredit məhsullarını işlənib hazırlanmasını, tətbiqini və biznes proseslərin optimallaşdrılmasının Bankın digər struktur bölmələri ilə əlaqəlı şəkildə təşkil edilməsi;
  • Bankın kredit portfelinin keyfiyyətli artımının təmin edilməsi məqsədilə bazarda kredit ehtiyaclarının araşdırılması və yeni kredit məhsullarının bazar dəyərinin və effektivliyinin müəyyən edilməsi üçün analitik həllərinn tətbiq edilməsi.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Ən sərfəli krediti almaq üçün müraciət et