Kapital Bank
Kredit Anderraytinqi Departamentinin Korporativ/SME şöbəsinin Mütəxəssisi, Aparıcı mütəxəssisi
Vakansiya haqqında məlumat:
Öhdəliklər
- Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
- Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
- Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi;
- Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.
Tələblər
- İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
- Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır;
- Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
- Bank qanunvericiliyi barədə biliklər;
- Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi.
CV-lərinizi, mövzu hissəsində “Kredit Anderraytinqi” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.
❮
❯