Kapital Bank
KOS (SME) məhsullarının yaradılması üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Bank Məhsulları Departamentində Bank Məhsulları departamentində KOS (SME) məhsullarının yaradılması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- SME məhsulların xüsusiyyətlərini və şərtlərini idarə etmək və daimi yeniləmək;
- Mövcud və yeni məhsulların filiallara təqdim edilməsi üçün təlim materialların, broşurların, təlimatların hazırlanılması;
- Müştərilərin sahibkarlıq fəaliyyəti üzrə innovativ servislərin yaradılması;
- Məhsulun xüsusiyyətlərinin, şərtlərinin və qaydalarının vaxtında yenilənməsini təmin etmək məqsədilə SME satış komandası və filiallarla daimi əlaqədə olmaq;
- Mövcud məhsulların inkişafını təmin etmək üçün və yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
- SME məhsulları sahəsində biliklərin daimi inkişafı;
Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya İnformatika sahəsində ali təhsil;
- Yüksək ünsiyyətqurma bacarıqları;
- SME məhsulların və xidmətlərin yaradılmasında ən azı 2 illik iş təcrübəsi;
- SME məhsullarının satışı üzrə iş təcrübəsi arzuolunandır;
- Maliyyə uçotu üzrə biliklər arzuolunandır;
- Vergi qanunvericiliyi üzrə biliklər arzuolunandır;
- Analitik düşünmə və riyazı təhlil qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi – arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “Bank Məhsulları departamentində KOS (SME) məhsullarının yaradılması üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.