KOS (SME) Məhsullarının İnkişafı üzrə Aparıcı/Baş Mütəxəssis | Banco.az
ABB

KOS (SME) Məhsullarının İnkişafı üzrə Aparıcı/Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Azərbaycan Beynəlxalq Bankı” Transformasiya ofisinə KOS (SME) Məhsullarının İnkişafı üzrə Aparıcı/Baş Mütəxəssis vəzifəsinə namizəd seçimini açıq elan edir.

Kiçik və orta sahibkarlıq seqmenti üçün hazırlanan məhsulların rəqəmsallaşdırılması, xidmət və proseslərin optimallaşdırılmasında kreativ yanaşmanı həyata keçirəcək, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.

Görəcəyiniz işlər:

  • Kiçik və Orta Sahibkarlıq (SME) kateqoriyasına aid kredit məhsullarının  inkişafı;
  • KOS (SME) kredit məhsullarının təhlilində  innovativ yanaşmanın göstərilməsi;
  • Göstərilən xidmət səviyyəsinin artırılması və mövcüd kredit məhsullarının inkişafı üçün daimi yeni ideyaların tətbiq edilməsi;
  • Yeni məhsulların hazırlanması üçün bazar araşdırmalarının aparılması;
  • Aparılan biznes proseslərin optimallaşdırılması məqsədi ilə digər əlaqəli departamentlər ilə müntəzəm şəkildə əlaqənin saxlanılması;
  • Bankdaxili aparılan layihələrdə koordinasiya və dəstəyin göstərilməsi

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Peşəkar komanda ilə əməkdaşlıq
  • Bank sahəsində davamlı karyera inkişafı
  • Adekvat əmək haqqı
  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan
  • Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərə sahib olan
  • Bank sahəsində ən az 2 il iş təcrübəsi olan; (KOS sahəsində ən az 1 il təcrübəsi olan)
  • KOS (SME) kredit məhsullarının inkişafı üzrə təcrübəsi olan
  • Analitik bacarığı olan
  • Yüksək səviyyədə Azərbaycan dilini və yaxşı səviyyədə İngilis və Rus dillərini  bilən
  • Güclü kommunikativ qabiliyyətə sahib olan
  • Komputer və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir

 

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.01.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "KOS (SME) Məhsullarının İnkişafı üzrə Aparıcı/Baş Mütəxəssis")

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et