KOS-Müştəri Meneceri (Gəncə, Masallı, Yevlax, Mingəçevir) | Banco.az
ABB

KOS-Müştəri Meneceri (Gəncə, Masallı, Yevlax, Mingəçevir)

Vakansiya haqqında məlumat: 

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC Gəncə, Masallı, Yevlax, Mingəçevir  regionları üzrə Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta sahibkarlara xidmət sahəsində mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssisi (KOS-Müştəri Meneceri) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  •  KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
  • KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
  •  Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
  • KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
  • KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
  • Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
  • Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Müştəri Meneceri (Region adı)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et