Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin Mütəxəssisi/ Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi | Banco.az
Azər Türk Bank

Korporativ kreditlərin və investisiya layihələrinin təhlili şöbəsinin Mütəxəssisi/ Aparıcı mütəxəssisi/ Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə öhdəlikləri:

  • Biznes krediti və sənədli əməliyyat müraciətləri üzrə müştərilərin ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə maliyyə və biznes təhlilinin aparılması, təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması məqsədilə müştərilər ilə görüşlərin keçirilməsi;
  • Biznes müştərilər üzrə kredit reytinqlərinin hesablanması və müvafiq ilkin qərarların qəbul edilməsi işini həyata keçirmək;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların qorunmasıı, təminata dair və digər risklərin düzgün qiymətləndirilməsini həyata keçirmək;
  • Biznes kredit/sənədli əməliyyat müraciətləri üzrə son qərarın verilməsi məqsədilə kredit rəyinin hazırlanması;
  • Kredit reytinqi modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Bankın biznes portfelinə daxil olan kreditlərin müxtəlif aspektlərdən təhlili;
  • Biznes kreditlərin təhlilinə dair hesabatların hazırlanmasında iştirak;

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan dili, İngilis və Rus dili biliyi mütləqdir;
  • Kredit və qarantiya məhsullarının təhlili üzrə 1-3 il iş təcrübəsi;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
  • ACCA F3/FFA, ACCA F7/FR sertifikatlarının olması üstünlükdür
  • MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) sərbəst istifadə qabiliyyəti olmalı;
  • Komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti

Müraciət etmək üçün daxil olun: