Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis | Banco.az
AFB Bank

Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə: Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı, Gəncə, Qəbələ şəhərləri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
  • Sahəyə aid olan qayda və normativləri bilmək;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Maliyyə və kredit analizi bilikləri;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Müştəri bazasını idarəetmə bacarığı;
  • Filiala cəlb edilən təcrübəçilərin hazırlanması, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılması;
  • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
  • Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
  • Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

  • Yeni müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq,
  • Bankın kredit və qeyri-kredit məhsullarının satışının təşkili;
  • Cari müştərilərə çarpaz satışların həyata keçirilməsinin təşkil edilməsi;
  • Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrindəmüraciət etdiyi vəzifəyə uyğun olaraq Korporativ kreditlər üzrə Baş mütəxəssis/Aparıcı mütəxəssis/Mütəxəssis qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et