Korporativ kreditlər üzrə anderrayter | Banco.az
ABB

Korporativ kreditlər üzrə anderrayter

Vakansiya haqqında məlumat: 

“Azərbaycan Beynəlxalq Bankı” ASC Risklərin idarə edilməsi departamentin Kreditlərin anderraytinqi şöbəsinə korporativ kreditlər üzrə anderrayter vəzifəsinə vakansiya elan edir.

Görəcəyiniz işlər:

  • Korporativ / SME müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
  • Korporativ / SME müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
  • Korporativ / SME müştərilərin kredit sifarişlərinin təhlili və Kredit Komitəsi üçün rəy verilməsi;
  • Kreditlərin anderraytinqi istiqamətində analitik, təhlil yönümlü yanaşmalardan istifadə;
  • Kreditlərin anderraytinqi üzrə qiymətləndirmə metodlarının hazırlanması və təkmilləşdirilməsi;
  • Biznes sektorlarının təhlili və nəticələrini hesabat formasında təqdim edilməsi.

Bizim üçün ideal namizəd:

  • İqtisadi, maliyyə və ya riyaziyyat istiqamətləri üzrə ali təhsili olan;
  • Kreditləşmə, kreditlərin təhlili və ya kredit risklərinin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi olan;
  • Azərbaycan dilində sərbəst danışmaq qabiliyyəti olan; (rus və ingilis dillərində bilmək üstünlükdür)
  • Ofis proqramları ilə sərbəst işləmək bacarığı olan;

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  13.03.2020-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ kreditlər üzrə anderrayterşəklində göstərilməsi xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et