Korporativ Katiblik şöbəsində assistent | Banco.az
PAŞA Bank

Korporativ Katiblik şöbəsində assistent

Vakansiya haqqında məlumat: 

 

"PAŞA Bank" ASC Korporativ Katiblik şöbəsində assistent (İH üzvünə assistent) vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• İdarə Heyətinin müvafiq üzvünün gündəlik iş və görüşlərinin təşkil edilməsini fəal surətdə idarə edir və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsinin təmin edilməsi
• İdarə Heyətinin müvafiq üzvünün bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi
• İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq surətdə qarşılanması və hər zaman bankın nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi
• İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edir və bu zaman vaxt və xərcləri effektiv şəkildə idarəedilməsinin təmin edilməsi
• Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi və onların yenidən müvafiq şəxslərə ötürülməsi
• İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi
• Idarə Heyətinin üzvü tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: 1-3 il (bu sahədə təcrübəyə üstünlük verilir)
• Xarici dillər: İngilis, Rus
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 16.12.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Korporativ Katiblik şöbəsinin assistenti” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram