Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi | Banco.az
ABB

Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

“Azərbaycan Beynəlxalq Bankı” ASC Korporativ idarəetmə və metodologiya şöbəsinə Mütəxəssisi/Aparıcı mütəxəssisi/Baş mütəxəssisi vəzifələrinə vakansiya elan edir.

Görəcəyiniz işlər:

  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normativ sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.) layihələrinin hazırlanması işində iştirak etmək;
  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normativ sənəd layihələrinin metodoloji təhlilini aparmaq;
  • Mövcud daxili normativ sənədlərin təkmilləşdirilməsi və yenilənməsi istiqamətində təkliflər vermək;
  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normativ sənədlərin reyestrini təşkil etmək və aparmaq;
  • Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

Əsas bacarıqlar:

  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Tədqiqat bacarıqları;
  • Analitik düşüncə tərzi;
  • Yüksək təqdimat bacarığı;
  • Aktiv kommunikasiya bacarıqları;
  • Kollektivlə aktiv işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
  • İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
  • Biznes prosesləri ilə bağlı daxili təhlil və normayaratma səriştələrinin inkişaf etdirilməsi;
  • Adekvat əmək haqqı.

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat, hüquq və ya maliyyə istiqamətləri üzrə ali təhsili olan;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bank-maliyyə sahəsini tənzimləyən normativ xarakterli aktları ilə tanış olan;
  • Bank əməliyyatlarının mahiyyəti, onların aparılması texnikası ilə tanış  olan;
  • Biznes proseslərin idarə edilməsi işinin mahiyyəti ilə tanış olan və bu sahədə özünü inkişaf etdirmək istəyən;
  • MS Word, MS Excel, MS PowerPoint proqramlarında yaxşı işləmək bacarığı olan;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı olan (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcəkdir);
  • Bank sahəsində ən azı 1 il iş təcrübəsi olan, əməliyyat, əməliyyatlara nəzarət və ya  proseslərin idarə edilməsi sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir).

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  13.03.2020-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ idarəetmə və metodologiya şöbəsinin mütəxəssisi (aparıcı mütəxəssisi, baş mütəxəssisi)” şəklində göstərilməsi xahiş olunur.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et