Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis | Banco.az
PAŞA Bank

Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis

PAŞA Bank namizədləri Korporativ İdarəetmə və Hesabatlıq üzrə Mütəxəssis / Baş Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazır edilməsi;
  • Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına lazımi qaydada və vaxtı-vaxtında inzibati dəstəyin göstərilməsi, qərarlarının bankın müvafiq normativ tələblərinə uyğun olaraq qəbul olunmasına nəzarət;
  • İdarəetmə orqanları və komitələrin müzakirəsinə çıxarılmış məsələlərin müvafiq orqanın qərar vermə səlahiyyəti və limitinə uyğunluğuna nəzarət;
  • Bankın nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət, müvafiq tələblərə cavab verməyən sənədlərin geri qaytarılması üzrə qərarın verilməsi;
  • Katibi olduğu iclasların/komitələrin qərarlarının çıxarışlarının verilmiş qərara uyğun hazırlanması, imzalanması və icraya yönəldilməsi;
  • İclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət və nəticələr haqqında məlumatların qərarı qəbul etmiş müvafiq qurumlara vaxtında təqdim olunması;
  • Mütəmadi olaraq qərarlar üzrə statistik məlumatların yığılması və tələb olunan hesabatların hazırlanması;
  • Bankın katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə rəhbərə yardım edilməsi;
  • Bankın korporativ idarəetmə strukturunun fəaliyyətinin əsasını təşkil edən sənədlərin (siyasət, əsasnamə və s.) hazırlanması və təkmilləşdirilməsi üzrə layihələrin həyata keçirilməsi;
  • Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədləri idarə etmək və qanunvericiliyə uyğunluğunu izləməklə sənədlərə mütəmadi dəyişikliklərin edilməsi;
  • Korporativ idarəetmə üzrə risklərin aşkarlanmasında və idarə edilməsində fəal iştirak.

Sizdən nə tələb olunur?

  • Təhsil: hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr təhsili
  • Təcrübə: 2-3 il
  • Xarici dil: ingilis və rus dili biliyi arzu ediləndir
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları
  • Məhsul üzrə biliklər: kredit, sənədli əməliyyat, faktorinq
  • Lisenziya / sertifikat: korporativ İdarəetmə istiqaməti üzrə sertifikatın olması arzu ediləndir.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram