Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis | Banco.az
PAŞA Bank

Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis

PAŞA Bank namizədləri Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
  • Bankın hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;
  • Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər layihələrinin hazırlanması;
  • Bankın xarici vətəndaş olan işçilərinə iş və yaşayış icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
  • Bankın daxili qaydalarının, siyasətlərinin, məhsullarının, prosedurlarının hazırlanmasında, yenilənməsində, təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
  • Bankın inzibatçılarının və digər əməkdaşlarının müvafiq attestasiyadan keçmələri üçün hüquqi dəstəyin təmin edilməsi;
  • Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin fəaliyyəti və onlara dair müvafiq lisenziyaların/icazələrin alınması üçün hüquqi dəstəyin təmin edilməsi;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
  • Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
  • Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması.

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il maliyyə sahəsində peşəkar hüquqşünas təcrübəsi
  • Xarici dillər: Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (arzuolunan)
  • Kompüter bilikləri: Microsoft Office
  • Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
  • Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları; Planlaşdırma və təşkilatçılıq bacarıqları; tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı.

Müraciət edin:

 Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram