Korporativ Bankçılıq üzrə Satış Mütəxəssisi
“PASHA Bank” Korporativ Bankçılıq üzrə Satış mütəxəssisi vəzifəsi ilə bağlı işə qəbul elan edir.
BANK HAQQINDA
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
ƏSAS ÖHDƏLİKLƏR
Potensial müştərinin cəlb edilməsi məqsədi ilə birbaşa əlaqənin qurulması, bank məhsulları və korporativ bankçılıq seqmentinin təklif etdiyi xidmətlər barəsində məlumatlandırılması
Təyin edilmiş hədəflərin yerinə yetirilməsi
Müştəri portfelində olan müştərilər ilə sıx əlaqələrin qurulması
Cari və yeni müştərilərə yüksək səviyyəli xidmətin təqdim edilməsi
Kreditin təhlili üçün tələb edilən sənədlərin toplanması və son qərar alınana qədər kreditlərin təhlili şöbəsi ilə sıx əməkdaşlıq edilməsi
Prosedurlara uyğun olaraq kredit layihələrinin müvafiq kredit komitələrində təqdim edilməsi
Aidiyyatı departamentin əməkdaşlarının, monitorinqləri həyata keçirməsi üçün, müştəri ilə görüşünün təşkil edilməsi
Korporativ bankçılıq müştərilərinə Bank məhsullarının çarpaz satışlarının həyata keçirilməsi məqsədi ilə bankın digər xidmət göstərən bölmələri (investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, prayvit bankçılıq, dayrekt bankçılıq və filial müdirləri) ilə sıx əlaqələrin saxlanılması
Şəxsi portfelinin keyfiyyətinə nəzarət edilməsi
Daxili qaydalara əsasən gecikmiş müştəri portfelinin idarə edilməsi
Müştəri portfelinin mənfəətliliyinə nəzarət edilməsi
TƏLƏBLƏR
• Ali təhsilin olması (Maliyyə və iqtisadi təhsilli şəxslərə üstünlük verilir);
• Azərbaycan dilində yüksək səviyyədə İngilis və Rus dillərində yaxşı səviyyədə yazı və şifahi bacarıqların olması;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı;
• Sözü gedən sahədə ən azı 3 illik iş təcrübəsinin olması;
• Məsuliyyətli və işində dəqiqlik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2016-cı il tarixinədək[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində nəzərə almaqla “Korporativ Bankçılıq üzrə Satış mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.