Bank BTB
Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
Bank "BTB" ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işəqəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi
İş barədə məlumat:
- Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
- Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
- Mütəmadi olaraq, korporativ müştərilərlə görüşüntəşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
- Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması;
- Bankın korporativ məhsul və xidmətlərinin təbliğat - təşviqat materiallarının strukturunun və mətninin hazırlanması;
- Bankın satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.
Namizədə tələblər:
- Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- Ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dilləri;
- Ünsiyyətqurma bacarığı;
- Satış bacarığı;
- Analitik bacarıq;
- Yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.