Bank BTB
Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
İş barədə məlumat
- Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
- Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
- Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
- Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
- Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
- Bankın satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.
Namizədə tələblər
- ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
- ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
- Azərbaycan, Rus və İngilis dilləri;
- ünsiyyətqurma bacarığı;
- satış bacarığı;
- analitik bacarıq;
- yaradıcılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.