Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsində mütəxəssis/aparıcı mütəxəssis | Banco.az
Azər Türk Bank

Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsində mütəxəssis/aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Müştərilərlə əlaqə kanallarının qurulması işində iştirak etmək (soyuq zənglər, işgüzar tədbirlərdə iştirak və.s);
  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə xidmət paketləri hazırlamaq və ölkədə fəaliyyət göstərən müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək;
  • Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, onların tələbatlarını öyrənmək, onların sorğu, şikayət və təkliflərini aidiyyatı üzrə müvafiq struktur bölmələrinə yönləndirmək;
  • Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək.

Tələblər

  • Ali təhsil;
  • Satış sahəsində minimum 2 il iş təcrübəsi, bankda korporativ satış sahəsində iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan və rus dilləri üzrə biliklər səlis olmalı (ingilis dili biliyi arzuolunandır);
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti olmalı;
  • Analitik düşüncə qabiliyyəti, kreativ və təşəbbüskar olmalı;
  • Komandada işləmək, stress mühitində vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı olmalı.

Müraciət etmək üçün daxil olun: