Koordinasiya və partnyorluq şöbəsi Aparıcı Mütəxəssis | Banco.az
Kapital Bank

Koordinasiya və partnyorluq şöbəsi Aparıcı Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Koordinasiya və partnyorluq şöbəsi Aparıcı Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri: 

  • Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işini həyata keçirmək;
  • Əməkdaşların kadr hərəkətinin, müsahibələrin təşkil edilməsi və müvafiq qaydada sənədləşməsinin aparılması;
  • Şöbənin fəaliyyəti ilə bağlı bütün növ proseslərin izlənilməsi və hesabatların hazırlanması;
  • Struktur dəyişikliyi zamanı əməkdaşların yeni struktur üzrə yerləşdirilməsi prosesinin icra edilməsi  və kommunikasiya üçün təqdim edilməsi;
  • Agile strukturlara aid olan müxtəlif növ hesabatların təqdim edilməsi;
  • Mentorların koordinasiyası və təyin edilməsi və s.

Tələblər:

  • Ali təhsil;
  • Bank proseslərini bilməsi zəruridir;
  • Azərbaycan dilində mükəmməl, Rus dilində yaxşı səviyyədə yazı və ünsiyyət bacarıqları;
  • İngilis dili biliyinə üstünlük verilir;
  • Orta səviyyədə MS Office proqramlarının biliyi;
  • Komandada işləmə bacarığı;
  • Yüksək motivasiya və əla ünsiyyət bacarıqları;
  • Təşəbbüskarlıq, çeviklik, operativlik və diqqətlilik.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət eldə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et