Komplayns və İdarəetmə üzrə Kiçik Mütəxəssis | Banco.az
Paşa Bank

Komplayns və İdarəetmə üzrə Kiçik Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Komplayns və İdarəetmə üzrə Kiçik Mütəxəssis

PAŞA Bank namizədləri Komplayns və İdarəetmə üzrə Kiçik Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Bankın məhsul və xidmətlərinin ölkədaxili qaydalara və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəyin verilməsi (yaranma mərhələsində);
  • Regulyator tələblərinin vahid bir reyestridə əks etdirmək və mütəmadi olaraq onlara edilən dəyişikliklər vaxtlı vaxtında müvafiq reyestirdə yeniləmək;
  • Vendorların yoxlanılması üçün tələb olunan sənədlərin yığılması;
  • Biznes mərkəzlərindən, MM-dən və digər departamentlərdən daxil olmuş Komplayns tələbləri ilə əlaqəli sorğuları cavablandırmaq;
  • Səlahiyyətli orqanlardan Komplayns şöbəsinin skopu çərçivəsində daxil olan sorğuların vaxtında cavablandırlması;
  • Maraqların Toqquşması və Maraqların Bəyan Edilməsi siyasətinin idarə edilməsinə dəstək vermək;
  • Bankda mövcud prosesin hər hansı bir addımının avtomatisaziyasının regulativ tələblərinin pozulmasına gətirib çıxarmaını müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflər vermək;
  • Rüşvətxorluq və korrupsiya ilə mübarizə siyasətinin idarə edilməsinə dəstək olmaq;
  • Komplayns ilə əlaqəli məsələlərin Bank əməkdaşlarına kommunikasiyanı təşkil etmək;
  • Bank daxili proseslərin qanunvericiliyə uyğun olub-olmamasına dair yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat, hüquq və ya digər uyğun sahədə ali təhsil (bakalavr)
  • Tələb olunan iş təcrübəsi: minimum 3 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, korporativ hüquq və ya audit sahələrində (minimum birində) təcrübənin olması)
  • Lisenziya / Sertifikat: Compliance və ya audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır
  • Xarici dillər: İngilis (səlis), rus (işlək)
  • Kompüter bilikləri: Microsoft Office
  • Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli ölkə daxili qanunvericilik üzrə geniş biliklər, Davranış    məcəlləsi, Maraqların toqquşması mövzusu, və digər daxili qaydalar üzrə biliklər.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 14.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram