Komplayns Departamentində Komplayns İnzibatçısı | Banco.az
PAŞA Bank

Komplayns Departamentində Komplayns İnzibatçısı

Vakansiya haqqında məlumat: 

“PAŞA Bank” ASC Komplayns Departamentində Komplayns İnzibatçısı vakansıyasına işəqəbul elan edir.

BANK HAQQINDA

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

İŞİN TƏSVİRİ

• Müntəzəm olaraq bütün heyət üçün komplayns testlərin hazırlanması / yenilənməsi
• GoAml proqramının BankSyst ilə inteqrasiyasının inkişaf etdirilməsi
• Maliyyə monitorinq xidməti üçün BankSystdə hesabatların hazırlanması
• Əməkdaş / korrespondent / yüksək riskli müştərilərin yoxlanılmasının aparılması
• Gündəlik əməliyyatların Safe Watch filtrinq proqram təminatı vasitəsilə yoxlanması, “Qara siyahıların” aparılması və vaxtında yenilənməsi
• Bankda müşahidə olunan bütün şübhəli əməliyyatlara görə müvafiq tədbirin görülməsi
• Daxili və xarici tənzimləyici tələblərə əsasən Öz-Müştərini-Tanı və müştərilərin lazımi yoxlanış prosesini həyata keçirməkdə iştirak edilməsi
• Bankın işçilərini AML təlimləri ilə təmin etmək, hər hansı komplayns məsələləri və şübhələri ilə bağlı məsləhətlərin verilməsi
• Cari iş zamanı meydana çıxan digər vəzifələrin icra edilməsi

TƏCRÜBƏ

• Sözü gedən sahədə ən azı 3 illik iş təcrübəsinin olması

TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR

• Ali təhsil;
• Azərbaycan İngilis və rus dillərini mükəmməl səviyyədə bilməli;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək səviyyədə kompüter bilikləri (Ofis proqramları);
• Stress altında işləmə qabiliyyəti.

Namizədlərin müraciətləri 16 sentyabr 2016-cı il tarixinə qədər [email protected] ünvanına qəbul olunacaqdır.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Komplayns İnzibatçısı) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.