KOB kreditləri üzrə mütəxəssis/aparıcı/baş - Bakı, Sumqayıt, Gəncə | Banco.az
Bank BTB

KOB kreditləri üzrə mütəxəssis/aparıcı/baş - Bakı, Sumqayıt, Gəncə

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC KOB (Kiçik və orta biznes) kreditləri üzrə Mütəxəssis/Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir. (Bakı, Sumqayıt, Gəncə üzrə)

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

İş barədə məlumat:

  • Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam yerinə yetirilməsi;
  • Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın kiçik və orta biznes kreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
  • KOB müştərilərinə aid olan bankın yeni məhsul/xidmətlərinin bazarda rəqabətə uyğun inkişafında fəal iştirak etmək və bazarda tanıdılmasını təşviq etmək;
  • Müştərilərin kredit sifarişlərini qəbul etmək, onların maliyyə təhlillərini həyata keçirmək və müvafiq səviyyəli Kredit Komitələrinə təqdim etmək;
  • Özünün kredit portfelinin  kredit ödənişlərinə, kredit tarixçəsinə nəzarət etmək mütəmadi olaraq portfelin monitorinqini həyata keçirmək;
  • Yaranan hər hansı bir problemi düzgün və vaxtında qiymətləndirib müvafiq olaraq rəhbərinə məlumat vermək, həmçinin problemin həlli yolları barədə təkliflər vermək;

Namizədə tələblər:

  • Ali təhsil,
  • Kreditləşmə səhəsində iş təcrübəsi,
  • Ünsiyyətqurma bacarığı;
  • Analitik təhlil qabiliyyəti;
  • Təqdimetmə və satış bacarığı,
  • MS office proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (KOB kreditləri üzrə mütəxəssis/aparıcı/baş) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et