Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Mütəxəssis | Banco.az
ABB

Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Xaçmaz filialına Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Mütəxəssis (Bank KOS nümayəndə) vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri:

  • Koordinasiya işlərinin aparılması;
  • Müştərilərin idarə edilməsi;
  • Bankın kiçik və orta sahibkarlıq subyektlərinə təqdim edilən məhsulların izah edilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  29 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Xaçmaz-Bank KOS nümayəndə” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et