Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (region filialları) | Banco.az
Bank Respublika

Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (region filialları)

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC Bərdə, Gəncə, Tovuz və Masallı filialları üçün Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyalar elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
  • Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
  • Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
  • Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
  • Biznes analizlərin aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
  • Yüksək səviyyədə satış etmək bacarığı;
  • Korporativ müştərilərlə işləmək bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 avqust 2022-ci il tarixinədək emailin mövzu hissəsində müvafiq olaraq aşağıdakı kimi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər:

  • Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bərdə)
  • Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Gəncə)
  • Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Tovuz)
  • Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Masallı)

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et