Azər Türk Bank
                        
                        
                    
                    
                    
                    Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində Satış üzrə Menecer
Vakansiya haqqında məlumat: 
Təsvir
- Banka KOB seqmentinə aid yeni müştərilərin cəlb edilməsi işinin təşkil edilməsi, müxtəlif növ biznes nümayəndələri ilə görüşlər keçirilməsi;
 - Kiçik və Orta biznes kreditləri üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasının təmin edilməsi məqsədi ilə tabeçiliyində olan satış üzrə əməkdaşlara istiqamət verilməsi;
 - Bankın yeni məhsul və xidmətləri barədə mövcud kiçik və orta biznes seqmentinə aid müştəriləri tabeçiliyində olan satış üzrə əməkdaşlar vasitəsi ilə məlumatlandırırlmasının təşkil edilməsi;
 - Bank üzrə məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planının hazırlanmasında iştirak edilməsi;
 - KOB seqmentinə aid müştərilərin təhlil edilməsi üçün əməkdaşların hazırlanmasında iştirak edilməsi.
 
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
 - Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
 - Səlis Azərbaycan dili biliyi, xarici dil biliyi arzuolunandır;
 - MS Office proqramlarında işləmək bacarığı;
 - Ünsiyyət qurmaq və idarəetmə bacarığı.
 
