Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator | Banco.az
PAŞA Bank

Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator

Vakansiya haqqında məlumat: 

 

Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator

PAŞA Bank namizədləri Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Yeni kibertəhlükəsizlik həllərini planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
  • Mövcud kibertəhlükəsizlik sistemlərinə texniki dəstək vermək;
  • Bankın, müasir standartların və çağırışların tələblərinə uyğun olaraq yeni texnologiyaların araşdırılması və tətbiqinə dair analizlər aparmaq və tövsiyələr vermək;
  • Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhvə vermək;
  • Sistemlərin konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“secure hardening”);
  • Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında çatışmazlıqları aradan qaldırmaq və daim sistemlərin inkişaf etdirilməsini təmin etmək;
  • Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
  • Müvafiq sistemlərin arxitekturası, işləmə prinsipinə dair texniki sənədləşməni aparmaq;
  • Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək.

Sizdən nə tələb olunur?

Təhsil: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi

Təcrübə: Kibertəhlükəsizlik və sistem inzibatçılığı sahəsində minimum 4 il

Xarici dil: İngilis (texniki səviyyədə yaxşı)

Digər: Şifahi və yazılı ünsiyyət bacarıqları, analitik düşüncə və problem həll etmə bacarıqları, komanda şəklində effektiv işləmə

Üstünlük verilir:

  • Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə təcrübə
  • İnformasiya Təhlükəsizliyi, beynəlxalq standartlar, kiber risklər, təhdidlər və zəifliklər barədə biliklər
  • Kibertəhlükəsizlik sistemlərinin (PAM, DLP, Antivirus/EDR, MDM və s.) administrasiyası üzrə təcrübə
  • Server Əməliyyat Sistemləri (Windows Server, Linux) barədə məlumat
  • Şəbəkə protokolları və texnologiyaları haqqında biliklər (DNS, DHCP, AAA, radius və s.)
  • Hər hansı dildə (python, powershell, bash və s.) script yazmaq bacarığı
  • "Microsoft Office" proqramları
  • : CompTIA Security+, Advanced Security Practitioner CASP+, ICS2 SSCP, Certified Ethical Hacker CEH və s. (arzuolunandır)

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram