Kiber-insidentlərin monitorinqi və cavablandırılması üzrə mütəxəssis | Banco.az
PAŞA Bank

Kiber-insidentlərin monitorinqi və cavablandırılması üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Kiber-insidentlərin monitorinqi və cavablandırılması üzrə mütəxəssis

İşiniz nədən ibarətdir?

  • Kiber-insidentlərin prioritetinin müəyyənləşdirilməsi; (L1 qiymətləndirmələrini yoxlanılması)
  • Kibertəhlükəsizlik hadisələrinin araşdırılması və sistem sahibləri ilə əlaqə;
  • Müxtəlif vasitələrdən daxil olan məlumatlara əsaslanaraq şübhəli halların araşdırılması;
  • Jurnal (log) faylların təhlili və kiber-insidentlərin qarşısının alınmasında fəal iştirak;
  • Zəruri hallarda problemlərin eskalasiya edilməsi;
  • Yüksək və kritik prioritet hadisələri haqqında CIRT (Kibertəhlükəsizlik insident cavab qrupu) və L3 bildirilməsi;
  • Əlavə məlumat toplamaq üçün L1 cəlb edilməsi;
  • Kiber-insidentlərin L3 eskalasiya edilməsi;
  • Təyin olunmuş sorğuların növbəliliyi əsasında iş prosesi;
  • Cari zəifliklər və təhdidlər haqqında, xüsusilə daxili sistemlərə birbaşa təsir edən amillər haqqında məlumatlı olmaq;
  • SİEM-in idarə edilməsi və “Playbook”ların hazırlanmasında iştirak;
  • L1 monitorinq növbələrinin idarəedilməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə

TƏHSİL

İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə Bakalavr təhsili

İŞ TƏCRÜBƏSİ

İT Əməliyyatları və ya kibertəhlükəsizlik üzrə 1-3 il

XARİCİ DİL

İngilis və Rus

KOMPÜTER BİLİKLƏRİ

  • Şəbəkə təhlükəsizliyi, firewall, IDS/IPS, şəbəkə protokolları (i.e. TCP/IP) haqqında biliklər
  • Zərəvericiliyə qarşı və digər kibertəhlükəsizlik vasitələri haqqında biliklər
  • Son istifadəçi ƏS və Server ƏS haqqında biliklər
  • Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında biliklər
  • Syslog, http jurnalları, DB jurnalları və hadisə ilə bağlı tədqiqatın aparılması üçün məlumatlara sahib olmaq
  • Jurnalların idarəetmə və ya təhlükəsizlik məlumatlarının idarəolunması vasitələri (SIEM) ilə təcrübə
  • Təhlükəsizliyin qiymətləndirilməsi vasitələri üzrə təcrübə (NMAP, müxtəlif zəiflik skannerləri və s.)

SERTİFİKATLAR

CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+; CompTIA CySA+ və kibertəhlükəsizliyə aid digər sertifikatlar arzuolunandır.

DİGƏR

  • Güclü analitik və problemi həll etmə bacarıqları
  • Komandada iş bacarıqları
  • Şifahi və yazılı ünsiyyət bacarıqları
  • Kök-səbəb təhlili və problem həll etmə bacarıqları
  • İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi bacarıqları

PAŞA Bank sizə nə vəd edir?

  • Tibbi sığorta
  • İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
  • İllik mükafatlar
  • Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
  • İdman güzəştləri
  • İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması

Arzularının komandasını birlikdə yaradaq! 

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et