Kassir (Memar Əcəmi) | Banco.az
Bank Respublika

Kassir (Memar Əcəmi)

Vakansiya haqqında məlumat: 

Bank Respublika ASC Memar Əcəmi filialı üçün Kassir vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
  • Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
  • Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
  • Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.

Namizədə qarşı tələblər:

  • Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
  • Yüksək ünsiyyət bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Kassir (Memar Əcəmi) qeyd etməklə 09 iyun 2023-cü il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et