Kiçik kassir – əməliyyatçı (Bakı və region filialları üzrə) | Banco.az
Expressbank

Kiçik kassir – əməliyyatçı (Bakı və region filialları üzrə)

Vakansiya haqqında məlumat: 

 

Kiçik kassir – əməliyyatçı (Bakı və region filialları üzrə)

 

Şəhərlər:

Bakı,Qusar, Xaçmaz, Mingəçevir, Gəncə, Bərdə, Şirvan, Sumqayıt

 

Tələblər:

– Ali iqtisadi, riyazi təhsil;

– Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;

– Nağd vəsaitlə işləmək bacarığı arzu olunandır;

– Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

– Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi və verilməsi;

– Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;

– Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;

– Mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən Express bankın CV formasını dolduraraq göndərmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et