"Karyera addımları" təcrübə proqramı | Banco.az
Azər Türk Bank

"Karyera addımları" təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

 

"Karyera addımları" təcrübə proqramı

atb bank təcrübəsi olmayan gənclər üçün təcrübə və iş imkanı yaradır!

Dövlət bankı “Azər-Türk Bank” ASC 2023-cü ildən etibarən ali məktəblərin bakalavr pilləsinin məzunları və magistr tələbələri üçün “Karyera addımları” adlı təcrübə proqramına start verir.

Baş ofisin Prossesinq mərkəzi və rəqəmsal filiallarda reallaşdırılacaq təcrübə proqramının müddəti 3 aydır. Bu müddət ərzində iştirakçılar bankın real iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdıran təcrübəçilərin yaranacaq vakansiyalar üzrə işə qəbul edilməsi nəzərdə tutulur.

Tələblər

Gənclərə karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunmuş bu layihədə bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslar üzrə təhsil almış və aşağıdakı bacarıqlara malik namizədlərə üstünlük veriləcək:

  • Riyazi biliklər
  • Analitik düşüncə qabiliyyəti
  • Detallara qarşı diqqətlilik
  • Güclü ünsiyyət bacarığı
  • Kollektiv tərkibində işləyə bilən
  • Təcrübə toplamağa və işləməyə həvəsli 

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et