Kapital Bank
Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Prosessinq Mərkəzinin fasiləsiz, təhlükəsiz fəaliyyətinin və səmərəli istifadəsinin təmin edilməsi
- Qabaqçıl Prosessinq Mərkəzinin inkişafı və dəstəklənməsi
- Avtorizasiya hostunun qurulması
- MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemləri texnologiyalarının tətbiqi
- MasterCard və VISA Beynəlxalq Ödəniş Sistemlərinin tələblərinə və iş texnologiyalarına, maliyyə tranzaksiyaları standartlarına (ISO8583) uyğunluq
- Bank kartlarının personalizasiyası prinsipləri, EMV standartı, PayPass/ PayWave, NFC texnologiyaları ilə işləmək
- Prosessinq Mərkəzinin proqram kompleksinin iş fəaliyyətinin monitorinqi
- Prosessinq Mərkəzinin fəaliyyəti prosesində ortaya çıxan nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması məqsədilə test rejimində yoxlanılması
- Prosessinq Mərkəzinin istifadə edilməsinə dair təlimatların hazırlanması və müvafiq sənədləşmənin aparılması
- Prosessinq Mərkəzinin iş prosesində baş verən dayanmaların və məlumatın emal edilməsində keyfiyyət və surətin aşağı düşməsi səbəblərinin araşdırılması və meydana çıxan çatışmamazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi
- Real iş rejimində Prosessinq Mərkəzi üzrə hər hansı dəyişikliklərin, dayanmaların və yenilənmələrin yalnız bilavasitə rəhbərinin icazəsi ilə həyata keçirilməsi
- Prosessinq Mərkəzinin dair təlimatlarda bütün lazımi dəyişikliklərin və əlavələrin vaxtında icrası və onlara nəzarət
- Prosessinq Mərkəzinin versiyalarına nəzarət sistemində proqram təminatı üzrə tətbiq etmələrin ehtiyat surətlərinin çıxarılması və saxlanması
- Prosessinq Mərkəzinin istifadəçilərinin təlimatlandırılması və öyrədilməsi
- Texniki həllərin realizasiyası
- Texniki sənədlərin hazırlanması
Tələblər
- Təcrübə: Ən azı 4 il
- Kompyuter biliyi: Windows, Linux, CompassPlus Software, Oracle, SQL, PL\SQL
- MasterCard и VISA Beynəlxalq Ödəniş Sistemlərinin iş prinsipi, tələbləri, texnologiyası, və maliyyə tranzaksiyaları standartı (ISO8583) üzrə əsaslı biliklər
- Bank kartlarının personalizasiyası, EMV standartı, PayPass/ PayWave, NFC texnologiyaları sahəsində biliklərə malik olması arzuolunandır
- Kriptoqrafiyanın əsasları və onun prosessinq və bank kartlarının personalizasiyasında tətbiqi üzrə biliklər, HSM ilə işləmə təcrübəsinə malik olması arzuolunandır
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
CV-lərinizi, mövzu hissəsində “Kart Prosessinqinə dəstək şöbəsinin aparıcı/ baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.