Unibank
Kart Məhsulları üzrə Baş mütəxəssis/Ekspert (Kredit kart üzrə)
Vakansiya haqqında məlumat:
Təsvir
- Kredit kart məhsullarının yaradılması, idarə edilməsi, inkişafı və təkmilləşdirilməsi;
- Kredit kart portfelinin performansının artırılması, təhlili və optimallaşdırılması;
- Məhsulun bazara çıxarılması, dəyişikliklərin və yeniliklərin tətbiqi;
- Kredit kart şərtlərinin (limitlər, tariflər, faizlər, kampaniyalar) formalaşdırılmasında iştirak;
- Biznes tələblərinin toplanması və texniki komandalar üçün aydın tapşırıqların hazırlanması;
- Agile metodologiyası çərçivəsində backlog-un formalaşdırılması və prioritetləşdirilməsi;
- İstifadəçi davranışının və bazar trendlərinin təhlili;
- Risk, hüquq, IT, əməliyyat və marketinq komandaları ilə sıx əməkdaşlıq;
- Kredit kartlar üzrə problemlərin operativ həlli və biznes nəticələrinə fokuslanma;
- KPI-ların izlənməsi və kredit kart məhsulları üzrə hesabatların hazırlanması.
Tələblər
- Güclü biznes düşüncəsi və nəticəyönümlü yanaşma;
- Agile metodologiyası üzrə biliklər;
- Müstəqil qərarvermə və analitik düşünmə bacarığı;
- Data ilə işləmək və nəticələr çıxarmaq bacarığı;
- Kredit kart funksiyalarının və xüsusiyyətlərinin biznes dəyərini anlamaq;
- Yüksək kommunikasiya və təqdimat bacarıqları;
- Maraqlı tərəflərin (stakeholder) ziddiyyətli tələblərini idarə etmək bacarığı;
- Yeni texnologiyalar və trendlər üzrə məlumatlılıq;
- İngilis və ya rus dilində sərbəst yazı və danışıq.
Müraciət üçün daxil olun
