Junior testops engineer | Banco.az
Bank Respublika

Junior testops engineer

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatı şöbəsinə kiçik mütəxəssis (junior testops engineer) vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Layihə testinin avtomatlaşdırılması, “test-case”lərin yazılması;
  • Komandalar ilə aktiv şəkildə qarşılıqlı əlaqələrin qurulması, layihələrin keyfiyyətinin təmin edilməsi;
  • Tələblərin araşdırılması, müxtəlif səviyyədə sınaqların aparılması və “test-case”lərin hazırlanması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Aidiyyatı sahə üzrə minimum 1 illik iş təcrübəsi;
  • Linux ƏS üzrə geniş administrativ biliklər və iş təcrübəsi;
  • DevOps Tools: Docker,GitLab,CI/CD,Ansible;
  • TestOps Tools: Selenium,Selenide,Postman/Newman,Appium,Python Beatiful Soup texnologiyaları üzrə iş təcrübəsi;
  • Scripting – Bash,Python;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı); İngilis dili (orta);
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində “Junior testops engineer” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.