Bank Respublika
Junior devops engineer
Vakansiya haqqında məlumat:
“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatı şöbəsinə kiçik mütəxəssis (junior devops engineer) vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- CI/CD Proseslərinin tətbiqi,praktiki billiklər;
- Monitoring sistemləri ilə işləmə bacarıqları;
- Microservis arxitekturalı sistemdə avtomatlaşdırılma və xətaların aradan qaldırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Aidiyyatı sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Linux ƏS üzrə geniş administrativ biliklər və iş təcrübəsi;
- DevOps Tools - Docker, GitLab, CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
- Scripting - Bash;
- Virtualization – VmWare,VirtualBox;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (orta);
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində “Junior devops engineer” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.