İT riskləri üzrə vakansiya | Banco.az
ABB

İT riskləri üzrə vakansiya

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə İnformasiya Texnologiyaları risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • İnformasiya sistemləri, proqram təminatı, bank sistemləri və informasiya infrastrukturunda yarana biləcək əsas riskləri aşkar etmək və təhlilini aparmaq;
  • İT əməliyyatları və mühitini qiymətləndirmək və onların biznesə təsirini təhlil etmək;
  • Risk qiymətləndirmələri əsasında İT risklərini reyestrə daxil etmək;
  • Mövcud təhlükəsizlik sistemlərini təhlil etmək, dəyişiklik və ya təkmilləşdirmələr üzrə tövsiyələr vermək;
  • İT audit hesabatlarından əldə edilmiş nəticələr əsasında risklərin minimuma endirilməsi üçün təkliflər vermək, Tədbirlər Planının hazırlanmasında iştirak etmək və gələcəkdə baş verə biləcək riskləri proqnozlaşdırmaq;
  • İT təhlükəsizliklə bağlı beynəlxalq standartların araşdırılması, yeniliklərin müzakirə olunması və bankın təhlükəsizlik siyasətinin beynəlxalq normalar əsasında hazırlanması üçün təkliflər vermək;
  • Təhlükəsizlik siyasətlərinin, standartlarının, qayda və proseduralarının icrasına nəzarət etmək;
  • İnformasiya təhlükəsizliyi statusuna dair hesabatlar hazırlamaq, sənədləşmələr aparmaq və zərər dərəcəsinın təyin etmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (İnformasiya texnologiyaları, Kompyuter mühəndisliyi, Kompyuter elmləri, Tətbiqi riyaziyyat üzrə);
  • İT sahəsində minimum 3, bank sektorunda müvafiq sahə üzrə minumum 1 il iş təcrübəsi olan;
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
  • Texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli olan;
  • Proqram təminatı və sistem boşluqları və pozulmaları haqqında ümumi bilikli olan;
  • Əməliyyat sistemləri (Windows Server (İİS-in quraşdırılması və idarə olunması), Windows, Linux) üzrə təməl biliyə sahib olan;
  • Web - əsaslı tətbiqi biliklər, Web proqramlaşdırma (ASP.NET MVC, Spring MVC, PHP, HTML, Javascript, CSS və s.) üzrə ilkin biliyə sahib olan;
  • Verilənlər bazaları və VB-nin idarəetmə sistemləri (Oracle, MS SQL Server, MySQL, NoSQL və s.) ilə tanış olan;
  • Şəbəkə arxitekturası topologiyaları, protokollar və modellər haqqında ümumi biliyə sahib olan;
  • Əsas şəbəkə servislərinin iş prinsipini anlayan (DNS, DHCP, NTP, SNMP və s.);
  • TCP/İP və OSİ modeli, Routing, FireWall, VPN, WiFi, VoİP (Voice over İP) protokol və şəbəkələrin quruluş və fəaliyyət prinsiplərini anlayan;
  • Sistem və şəbəkə təhlükəsizliyinin, web- əlavələrinin və onların texnologiyalarının təhlükəsizliyi və əlaqəli risklər haqqında məlumatlı olan;
  • Təhlükəsizliyin təmin edilməsi üsullarının/müdaxilələrin aşkar edilməsi sistemlərinin iş prinsiplərini anlayan (korporativ antiviruslar, WAF, IDS/IPS, UTM, NGFW və s.);
  • Sadalanmış sertifikatlardan azı birinin mövcud olması arzuolunandır: CISCO IT Essential, Comptia İT Fundamentals, Comptia Security +, Comptia CSA, CISCO CCENT, CCNA, Comptia Network+, CISCO CyberOPS, ISACA CRISC, ITIL Foundation, ISO/IEC 27005, ISACA COBIT 5.
  • BPM, Bİ, Flexcube və s. bank proqramlarıilə tanışlığının olması üstünlükdür;
  • Kriptoqrafiya şifrələnməsinin əsas prinsiplərini anlayan bir şəxsdir

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İT riskləri üzrə vakansiya” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et