Kapital Bank
İT Riskləri üzrə Mütəxəssis
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində İT Riskləri üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- İstifadəçi əməliyyatlarını, istifadəçi hüquqlarını, texniloji vasitələrdən istifadə ilə əməliyyatların risk yönümlü təhlili;
- Hesablarla əməliyyatları, köçürmə əməliyyatlarını, plastik kartlarla aparılan bank əməliyyatları üzrə mümkün İT Risklərini araşdırmaq;
- Digər İT Riskləri üzrə təhlillərin aparılması;
- Əməliyyat sistemlərindən məlumatların əldə edilməsi alətlərini optimallaşdırmaq.
Tələblər
- İT sahəsində ali təhsil;
- Bank əməliyyatları və İT təhlükəsizliyi üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Təzyiqə davamlılıq və operativlik;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Fərdi və komanda tərkibində işləmək qabiliyyəti.
CV-lərinizi, mövzu bölməsində “Əməliyyat Riskləri - İT”qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.