“PAŞA Sığorta” ASC namizədləri “İT infrastrukturu üzrə mütəxəssis / kiçik mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- İstifadəçilərdən telefon və e_mail vasitəsi ilə gələn sorğuları qeydiyyata almaq;
- İnsidentlərin və istifadəçi sorğularının vaxtında həlli etmək;
- “On-boarding” prosesinin bir hissəsi olaraq istifadəçi hesablarının açılması və kompyuter avadanlığının hazırlamaq;
- Yeni proqram və kompüter avadanlığının istifadəsi üzrə istifadəçiləri istiqamətləndirərək təlimat vermək;
- İstifadəçilər ilə lazımi qaydada əlaqə qurmaq və işin gedişatı barədə daim xəbərdar etmək;
- Kompüterləri və lazımi periferik qurğuları qurmaq;
- Lokal şəbəkələri inkişaf etdirmək və optimallaşdırmaq;
- Şəbəkələrin və kompüter sistemlərinin təhlükəsizliyini və məxfiliyini təmin etmək;
Bilik və bacarıqlar:
- İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə dərin biliklər;
- İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə dərin biliklər
- Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
Son müraciət tarixi: 30 iyun, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.