İstehlak krediti mütəxəssisi | Banco.az
NBC Bank

İstehlak krediti mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İşəgötürən -NBCbank
Şəhər - Şəki
Yaş - 25 - 35 лет
Təhsil - Ali
İş təcrübəsi- 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs - Əliyeva.S
Telefon - (012) 566-46-46, dax. 1159
E-mail - [email protected]

İş barədə məlumat
- Müştərinin Bankın kredit məhsulları barədə məlumatlandırılması 
- Kredit ödənişlərinin qəbulu və proqramda icrası 
- Hüquqi və fiziki şəxslərin kredit müraciətlərinin qəbulu, təhlili və sənədləşdirilməsi 
- Müraciətlərin Bankın kredit komitəsinə çıxarılması və müdafiəsi 
- Müştərilərlə kredit, girov və digər müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi 
- Banka perspektiv müştərilərin cəlb edilməsi, kredit portfelinin formalaşdırılması

Namizədə tələblər
- Şəki sakini olma 
- Ali təhsil (iqtisadiyyat sahəsi üzrə) 
- Bank sektorunda kredit mütəxəssisi kimi ən azı 1 illik iş təcrübəsi 
- Kredit verilməsi barədə nəzəri və praktiki bilgilərə malik olma 
- İnsanlarla ünsiyyət qurma bacarığı. 
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma 
- Analitik qabiliyyət 
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı 
- MS Office proqramlarında işləmə bacarığı