İşçi Bağlılığı və Kommunikasiyaları üzrə Mütəxəssis | Banco.az
PAŞA Bank

İşçi Bağlılığı və Kommunikasiyaları üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

PAŞA Bank namizədləri İşçi Bağlılığı və Kommunikasiyaları üzrə Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.

İşiniz nədən ibarətdir?

  • Kommunikasiya strategiyasının şirkətin strateji görüşlərinə və “PAŞA Bank” brendinə uyğun olmasını və onu əks etdirməsini təmin etməklə bank üzrə strateji işçi bağlılığı və kommunikasiya planının hazırlanması və həyata keçirilməsinə töhfə verilməsi, və kommunikasiya məhsullarının idarə edilməsi;
  • İnkişaf, təşkilatçılıq və təhsil daxil olmaqla kommunikasiyanın bütün aspektlərində təşkilati cəhətdən davamlılığı təmin etmək üçün əsas əlaqə vasitələrinin təkmilləşdirilməsinə töhfə verilməsi;
  • Tədbirlər, vizual materiallar və daxili nəşrlər kimi tələb olunan fəaliyyət və materialların təmin edilməsində şöbənin digər maraqlı tərəfləri ilə sıx əməkdaşlıq çərçivəsində işləmək;
  • Ən yaxşı işəgötürən brendinin yaradılması və saxlanılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: Kommunikasiya və ya digər müvafiq sahədə bakalavr təhsili
  • İş təcrübəsi: Daxili kommunikasiya üzrə vəzifələrdə ən az 2-4 il iş təcrübəsi arzuolunandır
  • Lisenziya/Sertifikat: Üstünlükdür
  • Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (sərbəst), rus dili bilənlərə üstünlük verilir
  • Kompüter bilikləri: MS Office proqramları  
  • Digər: Ünsiyyət və danışıq qabiliyyəti, yazı və vaxtın idarə edilməsi.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, 20.06.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.