Vəzifə öhdəlikləri:
- qlobal iqtisadi dövrü və iqtisadiyyatın xarici fundamental faktorlarını tədqiq etmək;
- ölkə daxilində iqtisadi tendensiyanın makro, mezo və mikro səviyyədə mütəmadi təhlillərini aparmaq;
- ölkənin beynəlxalq reytinqlərdə (qlobal rəqabətlilik, iqtisadi azadlıq və s.) irəliləməsi istiqamətində görüləcək işləri müəyyən etmək üçün təhlillər aparmaq və müvafiq olaraq təkliflərlə çıxış etmək;
- fiskal siyasəti, o cümlədən fiskal qaydaları, xərc və gəlirlərini, dövlət borclanmasını, vergi sistemi və gömrük tənzimlənməsini tədqiq etmək;
- idxal-ixrac və investisiya siyasətlərini təhlil etmək, beynəlxalq trendlərə uyğun olaraq iqtisadi siyasət sənədlərini hazırlamaq;
- empirik iqtisadi tədqiqatların aparılması üçün müxtəlif iqtisadi-riyazi modellərin hazırlanmasına töhfə vermək;
- qlobal iqtisadi tendensiyaları araşdırmaq, ölkə daxilində və xaricdə maliyyə-iqtisadi münasibətləri təhlil etmək, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişafına dair tədqiqatlar aparmaq, bu sahədə mövcud çağırışları qiymətləndirmək və bununla bağlı elmi-analitik və proqnoz xarakterli təkliflər hazırlamaq;
- aparılan iqtisadi islahatların nəticələrini, islahatların gedişi prosesində dövlət, özəl sektor və ictimaiyyət arasında qarşılıqlı etimadın inkişaf tendensiyasını təhlil etmək;
- iqtisadiyyatın müxtəlif seqmentlərində müasir hadisə və meyilləri, aparılan yeni elmi tədqiqatların nəticələrini mütəmadi olaraq izləmək;
- tədqiqatların və onların işlənməsinin yeni istiqamətlərini formalaşdırmaq, işlərin proqramlarının hazırlanmasını təşkil etmək, onların aparılmasının metod və vasitələrini müəyyənləşdirmək;
- tədqiqatların aparılmasına elmi rəhbərliyi həyata keçirmək, bu tədqiqatlarla məşğul olan işçi qrupuna başçılıq etmək;
- departamentin inkişaf və proqnozlaşdırma problemləri üzrə informasiya xarakterli müraciətlərini cavablandırmaq.
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);
Staja dair tələb: müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Kompüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır);
Dil bilikləri: Azərbaycan, rus və ingilis – yüksək səviyyədə;
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), iqtisadi-riyazi modelləşdirmə sahəsində bilik və bacarıqlarının olması, dünyagörüşü, təşkilatçılıq səriştəsi, komanda qurmaq bacarığı, problemi həll etmək və qərarvermə qabiliyyəti, ünsiyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini faylı ad və soyadla adlandırmaqla 2023-cü il 14 iyun tarixinədək [email protected].gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində müraciətin məqsədinin (vakansiyanın adı) qeyd edilməsi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.