İqtisadi Jurnalist (təcrübəçi) | Banco.az

İqtisadi Jurnalist (təcrübəçi)

Vakansiya haqqında məlumat: 

 

İş elanı

Banco.az araşdırma etməyi sevən, iqtisadi jurnalistika sahəsində karyera qurmaq istəyən gənclər üçün ödənişli təcrübə proqramı elan edir. Proqramdan universitet məzunları, 3-cü və 4-cü kurs tələbələri də yararlana bilər. Təcrübə proqramı 3 ay davam edəcək. Proqramı uğurla başa vuran təcrübəçi işlə təmin olunacaq.

Vəzifə öhdəlikləri:

  • Məqalələrin hazırlanması üçün məlumatların toplanması, təhlili;
  • Analitik məqalələrin yazılması;
  • Məhsul və xidmətlərin bazar qiymətlərinin araşdırılması;
  • Bankların rentabellik, maliyyə göstəriciləri, məhsulları ilə bağlı analitik məqalələrin hazırlanması.

Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə sahələri üzrə təhsil (və ya bu sahələrlə maraqlanan  şəxslər);
  • Azərbaycan dilini əla səviyyədə bilməsi;
  • Araşdırma bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Öyrənməyə və inkişafa həvəsli olması.

Maraqlanan şəxslər “Təcrübəçi” başlığı ilə öz CV-lərini 20.10.2021 tarixinədək [email protected] emailinə göndərə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et