İqtisadçı | Banco.az
Aqrarkredit

İqtisadçı

Vakansiya haqqında məlumat: 

"Aqrarkredit" QSC "İqtisadçı" vakansiyası üzrə işə qəbul elan edir.

Namizədə tələblər:

- Ali iqtisadi təhsil;

- Yüksək riyazi və analitik biliklər;

- Bank sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Ofis proqramları, xüsusilə "Excel" proqramı üzrə biliklər;

- Azərbaycan və rus dilini mükəmməl bilməli (Rusiya Federasiyasında yerləşən törəmə müəssisələrlə əlaqədar olaraq)

- Dəqiqlik və detallara qarşı diqqətlilik;
- Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı 
- Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı

Vəzifə öhdəlikləri:

  • Gündəlik və aylıq hesabatların hazırlanması;
  • Törəmə müəssisələrdən daxil olan məktublarda qeyd olunan məsələlərin araşdırılması və cavablandırılması;
  • Borclularla bağlı portfelə, ödənişlərə nəzarətin həyata keçirilməsi və müvafiq reyestrlərin hazırlanması;
  • Rəhbərlik tərəfindən ona verilən digər tapşırıqların icrasını təmin etmək.

Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq müsahibə zamanı təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində (İqtisadçı) göstərməklə 10.03.2020-ci il tarixinə qədər  [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et