İpoteka şöbəsi üzrə mütəxəssis/Aparıcı mütəxəssis | Banco.az
Bank BTB

İpoteka şöbəsi üzrə mütəxəssis/Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank BTB-də karyerasını qurmaq arzusunda olan, bilik və bacarıqlarına güvənən şəxslər aşağıdakı vakansiyalar üzrə müraciət edə bilərlər:

İpoteka şöbəsi üzrə mütəxəssis/Aparıcı mütəxəssis

İş barədə məlumat:

  • İpoteka kreditini Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun rəsmiləşdirir;
  • Verilmiş ipoteka kreditlərinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vaxtında yenidən maliyyələşməsini təmin edir;
  • Verilmiş ipoteka kreditləri üzrə sığorta müqavilələrinin vaxtında uzadılmasını təmin edir;
  • İpoteka  müştərilərinin ödənişləri barədə mütəmadi təhlillər aparır, müvafiq proqram təminatında hesabatlar hazırlayır;
  • İpoteka krediti və sığorta ödənişləri üzrə kredit portfelinə nəzarət edir;

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə sahəsində olması arzuolunandır)
  • Mövcud sahədə 1 il iş təcrübəsi
  • Analitik düşüncə;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Mükəmməl Azərbaycan dili;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, dəqiqlik, aydın nitq, detallara diqqət yetirmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində)  müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram