IOS developer | Banco.az
Bank Respublika

IOS developer

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarının İnkişafı Departamentində aparıcı/baş IOS developer vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

  • IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
  • Swift üzrə dərin biliklər;
  • Kod ilə UIKit-də mürəkkəb interfeyslərin hazırlanmasında geniş təcrübə malik olmaq (SwiftUI bilmək üstünlükdür);
  • MVC, MVVM arxitekturaları ilə geniş praktiki təcrübə (digər arxitekturalar üzrə də təcrübəyə malik olmaq üstünlükdür);
  • Fərqli design pattern-lərdən istifadə üzrə təcrübə;
  • RxSwift və ya Combine üzrə iş təcrübəsi arzuolunandır;
  • Unit və UI testlərin yazılmasında təcrübə;
  • IOS-da multithreading ilə təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
  • REST API və JSON struktur ilə iş təcrübəsi;
  • CI/CD ilə iş təcrübəsi (sıfırdan CI/CD pipeline qurulmasında təcrübənin olması üstünlükdür);
  • Cocoapods, SPM ilə sərbəst işləyə bilmək;
  • GİT ilə geniş təcrübə;
  • Apple Human interface guidelines haqqında biliklər;
  • OOP, SOLID prinsipləri üzrə dərin biliklər;
  • Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində IOS developer qeyd edərək 15 oktyabr 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et