İnzibati şöbənin çayçısı, “Gəncə” filialı | Banco.az

İnzibati şöbənin çayçısı, “Gəncə” filialı

Vakansiya haqqında məlumat: 

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Gəncə şəhərində yerləşən filialı üçün İnzibati şöbənin çayçısı vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

Filial işçilərini, lazım olduqda həmin ofisə gələn qonaqları çayla (qəhvə və ya suyla) təmin etmək;

Mətbəxin daimi təmizliyini təmin etmək;

Vəzifə öhdəliyini yerinə yetirərkən ofis əməkdaşlarını narahat etməmək;

İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik və saz vəziyyətdə olmasını təmin etmək.

Tələb olunan keyfiyyətlər:

İş yeri: Gəncə şəhəri

Çayçı kimi iş təcrübəsinin olması arzuolunandır.

Azərbaycan dilində sərbəst danışmaq.

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İnzibati şöbənin çayçısı, “Gəncə” filialı)  qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B

Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
Qafqaz Lizinq ASC