İnzibati işlər üzrə mütəxəssis | Banco.az
Azkredit

İnzibati işlər üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

“” MMC İnzibati işlər üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

İnzibati işlər üzrə mütəxəssis AzərKredit təşkilatının İnzibati işlər üzrə Menecerinə hesabat verəcək.

İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

1.     İnzibati işlər üzrə

  • Alınmış qiymətlilərin saxlanmasının, uçotunun təmin edilməsi və tələbat üzrə təşkilatın işçilərinə paylanmasını təşkil edir;
  • Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərir;
  • Qonaqları qarşılayır, telefon zənglərə cavab verir, təşkilatın rəsmi yazışması, məktublaşmaını idarə edir;
  • İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda mütəxəssilərin yarandığı suallararına dəstək göstərir;
  • Kargüzarlıq və sənəd dövriyyəsi ilə baglı material və ləvazimatları təmin edir;
  • İcarə müqavilələrini hazırlayır, qeydiyyatını və arxivləşdirilməsini təmin edir;

 

2.     Satınalmalar üzrə

  • Malların və avadanlıqların alınması ilə bağlı rəsmi sənədləri (müqavilə, alış sifarişləri) hazırlayır və qeydiyyata salır;
  • Mallar, işlər və xidmətlər üzrə tələbnamələrin hesabatının aparılmasını və qeydiyyata salınmasını təmin edir;
  • Bağlanmış müqavilələr əsasında avadanlıqların, texniki vəsaitlərin, mal və materialların alınmasını təşkil edir, onların anbarda saxlanmasını, hesaba alınması, tələbat üzrə sifarişçilərə çatdırılmasını həyata keçirir;
  • İnzibati və təsərrüfatçılıq sahəsində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

 

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini şifahi və yazılı olaraq əla bilməli;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 10 noyabr 2016-cı il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘İnzibati işlər üzrə mütəxəssis’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]   

Faks: (+994 12) 597 30 39