İnvestisiya şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

İnvestisiya şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

İnvestisiya şöbəsinin mütəxəssisi

Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin İnvestisiya şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Yerli maliyyə insitutların və şirkətlərin profilinin araşdırılması və kredit reytinq/riskinin
  • müəyyənləşdirilməsi;
  • Maliyyə institutların və şirkətlərin detallı qiymətləndirilməsi: maliyyə hesabatlarının yoxlanması və kapitalın dəyərinin qiymətləndirilməsi;
  • Müxtəlif sektorların araşdırılması və təhlil hazırlanması;
  • Proqnozlaşdırma və qiymətləndirmə məqsədli modellərin hazırlanması və tətbiqi;
  • Yerli və qlobal bazarlarda gedən trendlərin araşdırılması, izlənməsi və müvafiq hesabatların hazırlanması;
  • Bankın investisiya portfelin makro və risk factorlar üzrə nəzarət və idarəçiliyə dəstək;
  • Rəhbərlik tərəfindən verilən spesifik araşdırmaların yerinə yetirilməsi.

Tələblər:

  • İqtisadiyyat, maliyyə, İT və ya riyaziyyat sahəsində ali təhsil;
  • Yüksək Excel bilikləri və təcrübəsi;
  • Yüksək səviyyədə mühasiblik, maliyyə, kəmiyyət analizi və biznes yazışma bacarıqları;
  • Yüksək səviyyədə maliyyə modelləşdirilməsi bacarığı;
  • Təşkilati bacarıqlar və dinamik mühitdə qoyulan tapşırıqların vaxtında icrası;
  • Tədqiqat, investisiya və və mühasiblik sahəsində 1-3 illik iş təcrübəsi;
  • Çoxfunksiyalılıq və komanda mühitidində çalışmaq qabiliyyəti;
  • CFA, FRM və ya CAİA sertifikatları arzuolunandır.

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et