“DəmirBank” ASC İnteraktiv Əlaqələr Mərkəzinə mütəxəssis (yarım ştat) vəzifəsinə işəqəbul elan edir.
26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Cari prosedur və təlimatlara əsasən gələn zənglərə cavab vermək, müştəri sorğusunu, problem, tələb və şikayətini müvafiq proqramda qeydə almaq;
• Bank və onun xidmətləri barədə telefon, email və sayt ilə online olaraq müraciət edənlərə məlumat-məsləhət xidmətləri göstərmək;
• Daxil olan müraciət və məlumatların müvafiq instansiyalara çatdırılmasını təmin etmək;
• Müştərilər arasında telefon vasitəsilə sorğuları aparmaq;
• Müştərilərə çarpaz satışların həyata keçirilməsində iştirak etmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Azərbaycan və Rus dillərini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
• Ünsiyyət yaratmağı, dinləməyi və müşahidə etməyi, insanların psixologiyasına bələd olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 avqust 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnteraktiv Əlaqələr Mərkəzinə Mütəxəssis” (yarım ştat) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.