İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis | Banco.az
Beynəlxalq Bank

İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

ABB  İnsidentlərin təhlili və araşdırılması şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Görəcəyiniz işlər:

  • Bankın baş ofisində və struktur bölmələrində monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Bankın baş ofisində və struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunverciliyinə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Müəyyən məlumat bazaları əsasında təhlil və araşdırmalar aparmaq;
  • Yüksək riskli insidentlər üzrə araşdırmaların aparılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Maliyyə, hüquq və iqtisadi sahədə);
  • İnduktiv və Analtik Təhlil  etməyi bacaran;
  • MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 1-3 il iş təcrübəsi olan;
  • Flexcube,Bİ,BPM və Telescope üzrə bilikləri olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə https://careers.abb-bank.az/ portalında qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et